Hansı xüsusiyyətlər kişiləri daha xarizmatik göstərir?
Bizi izləyin

Tabloid.az

Hansı xüsusiyyətlər kişiləri daha xarizmatik göstərir?

Qadınlar kiçik detallara qarşı çox diqqətcildirlər. Onları kişinin ümumi görünüşündən çox xırda məqamlar daha çox maraqlandırır.

Publika.az kişiləri qadınların gözündə daha xarizmatik edən xüsusiyyətləri təqdim edir:

Pirsinq, döymə və yara izləri

Fiziki baxımdan qüvvətli olan və yaxşı genetikaya malik olan kişilər təhlükəli vəziyyətlərdə daha cəsarətli addımlar atır. Qadınlar isə onları qoruya biləcək, güclü kişi arzuladığından üzərində döymə, pirsinq və yara izləri olan kişilər onların diqqətini daha tez cəlb edir. Xanımlar elə düşünür ki, belələri ağrıya daha dözümlü olur.

Zarafatcıl

Qadınlar onları güldürə bilən kişinin təsiri altına tez düşür. Çünki zarafatcıl kişilərin daha zəki olduğu qənaətindədirlər.

Gözəl qoxu

Eşqın gözü kor ola bilər, ancaq burnu açıqdır. Qadınlar üçün kişinin necə qoxduğu çox önəmlidir. Üzərinə tər ya da siqaret iyi çökən kişinin hansısa qadının ürəyini ələ alması çətin məsələdir. Qadınlar gözəl qoxan kişinin yaxşı ata namizdi olduğuna inanırlar.

Özünə inam

Bəzi qadınlar zəif kişiləri daha cəlbedici hesab edə bilər. 90 faiz qadın isə özünü bəyənən, təvazökarlıqdan uzaq kişilərə nifrət edir. Qadınların qəlbində taxt qurmaq üçün özünüzə inamınız yüksək olmalıdır. Ancaq bunu əsla özünə vurğunluqla səhv salmayın.

Hündürboy

Belə bir stereotip var ki, guya uzun boylu kişilər daha zəngin və ailəcanlı olurlar. Ona görə də qadınlar uzun boylu kişilərə üstünlük verirlər.

İdeal bədən

Kişinin əzələsi olmalıdır. Enlikürək, beli incə kişilər qadınların diqqətindən yayınmır. Onlar üçbucaq bədən quruluşuna sahib kişiləri daha yaraşıqlı və xarizmatik hesab edirlər.

Zəngin

Qadınlar güc və hakimiyyətə can atırlar. Ona görə də, maddi gücü olan kişilər onlar üçün ideal hesab olunur. Rahat bir həyat yaşamaq, gələcəkdə övladlarına daha xoşbəxt bir həyat bəxs etmək üçün qadınlar varlı kişilərə meyl edirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm