Türk müğənni Azərbaycan qadınlarını belə təbrik etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türk müğənni Azərbaycan qadınlarını belə təbrik etdi - FOTOLAR

Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış türk opera ifaçısı Oya Ergünün Azərbaycan qadınlarına həsr etdiyi konsert proqramı baş tutub.

Publika.az-ın məlumatına görə, sənətçi musiqili gecədə “Gecələr”, “Ayrılıq”, “Nazəndə sevgilim”, “Reyhan”, “Lalələr” və digər türk, Avropa operalarını ifa edib. Oya Ergün slayd formada R.Behbudovun lent yazısında səsləndirdiyi “Sənə də qalmaz” mahnısını duet şəklində ifa edib. Duetdən sonra isə O.Ergünün R.Behbudovun sevimli mahnılarından olan “Sevgilim” mahnısına çəkdirdiyi klipi nümayiş olunub.

Müğənninin sənət yoldaşı Ülvi Qılınc mahnıları ilə konsert proqramına rəng qatıb. Konsertin sonunda Oya Ergünlə Ülvi Qılınc “Səni arzularam” mahnısını duet şəklində səsləndirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm