Tabloid.az
Gözəllik salonunda qadınların davası - VİDEO, FOTOLAR
Kaliforniyada yerləşən manikür salonlarının birində iki qadın saç yoldu və yumruq davasına çıxıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mübahisə manikür ustasının müştərilərdən birinin 1 yaşlı qızına xidmət etməsindən sonra başlayıb.
Müşahidə kameralarının qeydə aldığı videodan sonra məlum olub ki, Tavana Devis adlı müştəri rəfdən dırnaq boyasını götürərək yoxlamağa başlayıb. Keti Nquyen adlı salonun sahibəsi isə müştərinin salonu tərk etməsini tələb edib və əlindən boyanı almağa çalışıb.
Müştəri Tavana Devis qucağında körpəsini saxlayaraq salon sahibəsini itələyib. Elə bu zaman iki qadın arasında mübahisə düşüb. Nquyen uşaqlı qadını polislə hədələsə də, Devis salonu tərk etməkdən imtina edib.
Sonra isə Devis qucağındakı körpəni yerə qoyaraq salon sahibəsi ilə əlbəyaxa olub. Devis sahibənin saçlarını yolaraq stola yıxıb, sahibə isə öz növbəsində stoldan əlinə keçəni Devisin başına çırpmağa çalışıb. Sonra isə qadınlar davanı döşəmədə davam etdirməli olub.
Devisin sözlərinə görə, onun 1 yaşlı qızının dırnaqlarına boya vurmaqdan imtina edildikdən sonra o, əsəbləşib. Nquyenin sözlərinə görə isə, 1 yaşlı qızın dırnağına manikür edilməsi yaşına görə çox tezdir. Ona görə də, salon rəhbərliyi Devisin qızına xidmət etməkdən imtina edib. Devis salondan dırnaq boyasını oğurladığı üçün həbs edilib.
Nura
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR