Tabloid.az
İlhamə Quliyeva: “Ağzını “skotç”la, otur yerində!”
Azərbaycanın xalq artisti İlhamə Quliyeva həmkarlarını tənqid atəşinə tutub. O, ad çəkmədən bir çox həmkarlarını ağ yuyub, qara sərib. Publika.az xəbər verir ki, müğənni “ATV Maqazin” verilişi vasitəsilə ürəyini boşaldıb.
“Mənə qarşı 1-2 nəfər çaşıb pislik etmək istəyib. Amma cəzalarını alıblar. Mən elə bir insanam ki, heç vaxt kiminsə arxasınca danışmıram. Sözü birbaş üzə deyirəm. Niyə xoşuma gəlməyən şeyi deməməliyəm? Bir böyük olmalıdır, ya yox?! Yoxsa dərəbəylik baş alıb gedər. Olan şeyi demişəmsə, gərək bir də həmin şeyi etməyəsən. Əyri ayaqlarını düzəldib, çıxıb çölə. Guya biz bilmirik sənin ayaqların nə gündə olub? Ağzını “skotç”la, otur yerində. Sənin mənimlə nə işin var?”
İfaçı efirə çıxıb var-dövləti ilə öyünənlərə də söz atıb:
“Ailəmdə mən hər şey görmüşəm. Sonradan görənlər xortlayır və açarlarını itirirlər. Mənim kimi müğənni ola bilməzsən. İlhamə tac taxır, hamı tac taxır. İlhamə sarışındır, hamı saçını saraldır. İndi mən saçımın rəngini də dəyişmişəm. Nə edəcəklər? Tapsınlar bu rəngi... Yerişimi yerimək istəyirlər, amma bacarmırlar”.
İsa Şükürov
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR