Günay İbrahimli: “Qərar verdim və ayrıldıq”
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli: “Qərar verdim və ayrıldıq”

Müğənni Günay İbrahimli sevgilisindən ayrılıb. Ayrılıq qərarını da özü verib. Publika.az xəbər verir ki, Günay bu haqda “ATV Maqazin” verilişinə danışıb:

“Həyatımda heç kim yoxdur. Qərar verdim və ayrıldıq. Mən istəsəm, davam edə bilərdim. Nə qədər ürəklə hərəkət edirsənsə, o qədər də ağılla hərəkət etməlisən. Nöqtəni mən qoydum. İstəmirəm qayıtsın. Qayıtsa da, mən onu qəbul edə bilmərəm”.

Müğənni ayrılma səbəbindən danışmaqdan yayınıb:

“Səbəblər var idi ki, mən nöqtəni qoydum. Səbəb olmasaydı, qarşımda kim dayanır, dayansın, məni fikrimdən daşındıra bilməzdi. Səbəblərdən yorulmuşdum. Hazırda ayaqüstə durmağımın səbəbi yanımda olan insanlar və sənətim olub”.

İbrahimli sevdiyi şəxsdən ayrılsa da, onu unutmadığını da etiraf edib:

“Həmin şəxsi hələki unutmamışam. Desəm ki, “unutmuşdum, sən yadıma saldın”,- bu, bir qədər anormal səslənər. Hələ ki, həyatımda kiminsə olmasını istəmirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm