“Ay Brilliant”ı Azərbaycandan kənara çıxaracaqlar?
Bizi izləyin

Tabloid.az

“Ay Brilliant”ı Azərbaycandan kənara çıxaracaqlar?

“Bozbaş Pictures” komandasının ərsəyə gətirdiyi “Ay Brilliant” filminin Bakı, Sumqayıt və Naxçıvan şəhərləri də daxil olmaqla ölkənin bir çox kinoteatrlarında nümayişinə start verilib.

Maraqlıdır, görəsən, film ölkə kənarında nümayiş olunacaqmı?

Publika.az-a açıqlama verən İlkin Həsəni bunları deyib: “Sevindirici hadisədir ki, son vaxtlar Azərbaycan tamaşaçısının kinoteatrlarda film seyr etmək ənənəsi bərpa olunub. Əgər tamaşaçını bu filmlə kinoteatrlara gətirə biliriksə, bu, böyük hadisədir. Məqsədimiz də elə tamaşaçılar üçün keyfiyyətli ekran işləri çəkib təqdim etməkdən ibarətdir. Filmin dünya bazarına çıxarılması külli miqdarda maliyyə tələb edir. Bu pul da bizdə yoxdur. Filmin büdcəsinin müəyyən hissəsini cibimizdən qoymuşuq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm