Cazibədar aparıcının stili - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar aparıcının stili - Fotolar

Televiziya proqramlarının baxımlılığı verilişin təqdimatından birbaşa asılıdır. Bu baxımdan, teleaparıcıların cazibədarlığı seçilən mövzu və onun tamaşaçıya çatdırılmasının ən maraqlı formasının tapılması qədər önəmlidir. Xüsusən, gündəlik efirə çıxan verilişlərdə aparıcının zövqlü, gözoxşayan, qeyri-adi üsluba malik olması onun tamaşaçı auditoriyasına birbaşa təsir edir.

Teleməkanın ən baxımlı xanımlarından biri "Space" telekanalının “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimovadır. Qeyd etmək lazımdır ki, həftəiçi 5 gün 2 saat ərzində efirdə olan verilişin uğurunun böyük bir qismi məhz aparıcısının bacarığı, istedadı ilə yanaşı, həm də cazibədarlığının payına düşüb.

Ən aktual və gündəmi zəbt edən mövzularla tamaşaçıların diqqətini verilişinin üzərində cəmləməyi bacaran aparıcı zövqoxşayan stili, rəngarəng geyim üslubu ilə özünü yaddaşlara yazmağı yaxşı bacarır. Baxan kimi, bilinir ki, Vüsalə Kərimova özünü - üz cizgilərini və bədənini yaxşı tanıyır.

Məsələn, hər gün efirdə olan insan istəsə də, istəməsə də, geyimi üzərində çox düşünməli və daha çox pul xərcləməli olur. Belələrinin bir müddət sonra geyim fantaziyasının tükənməsi də rastgəlinəndir. Belə hallarda özünə yaraşmayan libaslar geyinməsi, geyimdə əndazəni aşması kimi hallar özünü göstərməyə başlayır. Nəticədə "Bu geyimini bilmir", - fikri ortaya çıxır. Uzun müddət efirdə olan teleaparıcı Vüsal Kərimovada isə ötən illər ərzində nəinki geyim fantaziyası tükənməyib, əksinə, o, düzgün və zövqlə geyinməyi tam mənimsəyib. Geyindiyi hər paltarı özünə yaraşdırmağı bacaran cazibədar aparıcı zövqlü seçimləri ilə tamaşaçıda maraq oyadıb. "Gözəllik ondur, doqquzu dondur", deyimini nəzərə alan V.Kərimovanın geyim tərzi başqalarından prinsipial olaraq fərqlənib. Təsadüfi deyil ki, geyindiyi libasları qonaqlarının da mütəmadi olaraq diqqətini cəlb edir. Odur ki, verilişə dəvət olunanların teleaparıcıya geyimi ilə bağlı xoş sözlər söylədiyini də tez-tez eşitmək olar. Gözəlliyi bahalı geyimdə deyil, təmizlikdə görən Vüsalə Kərimova sadə və şux tərzi ilə, sözün əsl mənasında, gözəl görünür.

Sadə və dəbdəbədən uzaq geyimini isə nisbətən cəlbedici makiyajı tamamlayır. Belə ki, aparıcı öz üzünü, hər bir cizgisini tanıyır. Doğrudur, o, müsahibəsində özünəqulluq məqsədi ilə heç nə etmədiyini, bunu stilistinin öhdəsinə buraxdığını demişdi. Lakin özü də onu daha gözəl göstərən cizgilərini vurğulamağı bacarır. Məsələn, aparıcının makiyajı qara və mənalı gözlərini, dodaqlarını xüsusilə vurğulayır. Adətən, tünd saç rənglərinə üstünlük verən Vüsalə xanım bununla ağbəniz simasını daha çox nəzərə çarpdırır.

Publika.az Vüsalə xanımın diqqətçəkən bir neçə fotosunu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm