Məşhur moda trendlərinin yaranma tarixçəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur moda trendlərinin yaranma tarixçəsi - Fotolar

Ən çox geyindiyimiz paltarların tarixi çox qədim dövrlərə söykənir. Publika.az trendə çevrilmiş paltarların hekayələrini araşdırıb.

Vodolazka: Qəti bir tarix demək çətin olsa da, vodolazkanın bəzi mənbələrdə XIII və XV əsrlər arasında yarandığı güman edilir. Orta əsr mənbələrinə görə, vodolazkalar kişilərin boğazının qorunması məqsədli ilə yaradılıb. Bu köynək zireh və döyüş paltarı geyinən zaman istifadə edilərmiş.

Vodolazkalar 1800-ci illərin sonlarına doğru dəb cərəyanına çevrilir və qadın qarderobunu bəzəməyə xidmət edir. Qadınlar şişirdilmiş qol detallarını vodolazka ilə uyğunlaşdırırdı. Bəzi mənbələrə əsasən, bu cür geyim qadınların ən qədim idman paltarı nümunələrinə daxildir.

50 və 60-cı illərdə sadə qara vodolazkalar bəzi sənətçilərin, yazarların və cəmiyyət qaydalarına uyğun gəlməyən bəzi qrupların simvoluna çevrilir. “Məzəli sifət” filmində bir klub ətrafında rəqs edən və vodolazka geyinən Odri Hepbern bu tərzi ilə stil ikonasına çevrilir.

Qotaz və saçaqlar: Dəridən düzəldilmiş qotaz və saçaqların ilk nümunələri qədim hindu qəbilələri arasında istifadə edilib. Qotazlar müxtəlif zamanlarda dizaynerlər tərəfindən fərqli şəkildə istifadə olunurdu.

Moda tarixindən az qalsın silinən qotazlar 1920-cı illərdən sonra yenidən gündəmə gəlir. Cimi Hendrix və Kimlər Rocer kimi tanınmışlar tez-tez saçaqlı paltarlar geyinirdi. Günümüzdə isə qotaz və saçaq elementləri müasir dəbin qayda-qanunlarına uyğun şəkildə təqdim olunur.

Enlibalaq şalvarlar:Tarix boyu cins balaqları dəyişikliyə məruz qalır. Bəzən çox bol, bəzi vaxtlarda isə dar şalvarlar dəbə minir.

II dünya müharibəsindən sonra ABŞ donanmasının zabitləri də bu dəblə ayaqlaşır, mundirlərində dəyişiklik edirlər. Daha sonra müxaliflər tərəfindən təzyiqlə qarşılandığı üçün uniformalar əvvəlki halına qayıdır.

Enlibalaq şalvarlar 60 və 70-ci illərin alovlanan hippi dəbində yenidən özünü göstərir. Xüsusilə diskoteka geyimləri arasında olduqca önə çıxırdı. Şer kimi məşhur moda ikonaları da bu dövrdə enlibalaq şalvarlara çox üstünlük verirdi.

İdman büstqalteri: İdman büstqalterləri 1970-ci illərdə fəal həyat tərzi yaşayan qadınlara sözün əsl mənasında rahatlıq gətirir.

Dünyanın ilk idman büstqalteri "Glamorise" tərəfindən tennis büstqalteri olaraq tanıdılıb. İddialı model sinə hərəkətlərini azaldırdı.

1996-cı illərdə idman büstqalterlər daha çox satılmağa başlayır. Məşhurlar konsetlərdə idman büstqlaterləri ilə səhnəyə çıxıb səhnə şoularını nümayiş etdirməyə başlayırlar.

Daha sonra qadınların idman yarışlarında geyindiyi idman büsqalterləri müasir geyimləri ideal şəkildə tamamlayır.

Kombinezon: İlk cins kombinezonlar Levi Ştraus tərəfindən 1873-cü ildə tikilib və ingilis ordusu tərəfindən də istifadə edilməyə başlanılıb. XVIII və XIX əsrlərdə kombinezonları qazmaçılar, dəmir yolu işçiləri, fermerlər bir sözlə fəhlələr uniforma halına gətirir.

90-cı illərdə hiphop sənətkarları kombinezonları daha populyar edir və geniş kütlələrə yayılmasına səbəb olur.

Günümüzdə idman büstqalterləri kombinezonlar kimi dəyişikliklərə məruz qalır və daha funksional və münasib geyim formasında qadın qarderobuna daxil olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm