Nazənin qoyulan addan imtina etdi
Bizi izləyin

Tabloid.az

Nazənin qoyulan addan imtina etdi

Müğənni Nazənin “Günaydın” verilişinin qonağı olub. Müğənni verilişə illərdir birgə çalışdığı ansamblı ilə birgə gəlib. Verilişdə canlı mahnılar ifalar edən müğənnidən teleaparıcı Vüsalə Kərimova ansamblın adını soruşub. Məlum olub ki, ansamblın adı yoxdur. Bunu görən aparıcı ansambla “Nazəninin instrumental ansamblı” və ya “Naz ilə instrumental ansambl” adını qoymağı təklif edib.

“Musiqiçilərim peşəkardır. Hərəsi ayrı-ayrılıqda bir ansambldır. Hər biri təklikdə ansambldır. Onları hamı tanıyır. Onların nə adını çəkməyə ehtiyac var, nə də ad qoymağa” – deyə Nazənin bildirib.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Space telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm