Cenifer Lopez al-qırmızı donda - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cenifer Lopez al-qırmızı donda - FOTOLAR

Cennifer Lopezin hər çıxışı ajiotaj doğurur. Cazibədar ulduz az qalsın həftənin 7 günü, günün 24 saatı fövqəladə görünür.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Cennifer Lopez Cimmi Kimmelanın verilişində iştirak edib. Maşından düşüb özünə əmin addımlarla, nazlı ədalarla studiyaya daxil olub.

Müğənni maşından düşən kimi fotoqraflar dərhal ifaçının şəkillərini çəkiblər. O, “Preen” brendindən olan qırmızı dar libasda jurnalistləri salamlayıb və əl edib. Bu paltar seksual ulduzun bədən quruluşunu ideal şəkildə vurğulayıb. Paltarı ilə eyni rəngdə olan itiburun, dikdaban ayaqqabısı isə “Casadei” brendindəndir. Saçlarını isə atquyruğu toplamağa üstünlük verib. Parlaq çalarlı dodaq parıltısını qəhvəyi göz makiyajı uyğunlaşdırıb.

Cey Lonun sevimli halqa sırğaları isə tərzinə daha çox latın temperamenti bəxş edir.

FİDAN

Стиль Дженнифер Лопес

Дженнифер Лопес: фото 2015

Oxumağa davam et
Reklam
Reklam

Gündəm