“Gecələr bizi bir-birimizə yaxınlaşdırır” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Gecələr bizi bir-birimizə yaxınlaşdırır” - FOTOLAR

Yenicə övlad sahibi olan cütlüklər üçün gecələri kifayət qədər yatmamaq ciddi problem ola bilər. Lakin cazibədar aktrisa Eva Mendes istisnadır. 41 yaşında qız anası olan Eva Mendes gecələr yuxusuz qalmağı sevdiyini söyləyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmkarı Ryan Qoslinqlə evli olan Eva Mendes bir ay əvvəl ana olub. Qızına Esmeralda Amadar adını qoyub. Bir qız dünyaya gətirən Mendes yuxusuz gecələrdən zövq aldığını deyib.

“Womens Health” (Qadın sağlamlığı) jurnalına müsahibə verən Eva Mendes "Kiçik qızımla birlikdə keçirdiyim yuxusuz gecələri sevirəm. Çünki bu, bizi bir-birimizə yaxınlaşdırır, daha çox bağlayır" - deyib.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm