Gülnaza görə saçını qırxdırdı - FOTO
Bizi izləyin

Tabloid.az

Gülnaza görə saçını qırxdırdı - FOTO

Martın 15-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası yeni quruluşda 10-cu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Əməkdar artist Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq.

Xatırladaq ki, Ş. Hüseynov məhz Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb. Ş. Hüseynovun oynadığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb. O, bu haqda Publika.az-a danışıb:

“Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə “Zirvə” mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içindəyəm”.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.

Qeyd edək ki, aktyor rola görə saçını da qırxdırıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm