Əli Mirəliyev: ”Yaxşı olsaydı, onu ANS-dən atmazdılar” - QARŞIDURMA
Bizi izləyin

Tabloid.az

Əli Mirəliyev: ”Yaxşı olsaydı, onu ANS-dən atmazdılar” - QARŞIDURMA

Müğənni Əli Mirəliyevlə ATV-nin aparıcısı Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb. Mətanətin “Gündəlik” verilişində “Əli Mirəliyevin səsi yoxdur” söyləməsi qarşı tərəfi özündən çıxarıb.

Publika.az-a açıqlama verən Ə.Mirəliyev od püskürüb: “O Mətanət nə danışdığını bilmir. Deyir ki, guya mənim səsim yoxdur. O, musiqidən nə qanır. Mənim insultdan sonra dişlərim tökülüb, ağzım əyilib, amma musiqiləri mükəmməl səviyyədə ifa edirəm. Hansı ki, müğənninin bir dişi olmasa, oxuya bilməz. Mətanət kimdir axı, mənə qiymət verir? Onun musiqidən başı çıxmır. Bu gün bir qrup aparıcı efirdə bazar açıb, müğənnilərdən pul yığır, səsi olmayanları tərifləyirlər. Mənim kimi səsli sənətkarları da pisləməklə məşğuldurlar. Mən onun dilindən eşitsəm ki, Şövkət Ələkbərovanın səsi olmayıb, təəccüblənmərəm. Çünki o, sənətkarların adına kölgə salmaq istəyir”.

Əli Mirəliyevin qəzəbi soyumayıb, o, qarşı tərəfin ünvanına daha kəskin fikirlər səsləndirib: “Mətanətin aparıcılığını bəyənən də yoxdur. Vaxt vardı, ANS-in radiosunda işləyirdi. Yaxşı aparıcı olsaydı, onu ANS-dən atmazdılar. Bu dəfə də ATV onu atsa, birbaşa Sumqayıta gedib, Boru-Prokat zavodunda işə düzələcək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm