Məşhur müğənni kosmosda konsert verəcək
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni kosmosda konsert verəcək

Britaniyalı müğənni Sara Braytman kosmosda konsert verəcək.

Publika.az xəbər verir ki, müğənni artıq səfər proqramının haqqını da ödəyib. Bir qədər əvvəl məşhur müğənninin bu ilin payız aylarında Beynəlxalq Kosmik Stansiyaya yollanmaq üçün “Roskosmos”a 35 milyon funt-sterlinq ödədiyi məlum olub.

Hazırda Moskva ətrafında Ulduz şəhərciyində hazırlıq keçən Sara Braytman orbitdə 10 gün qalacaq və beləliklə də bəşəriyyət tarixində səkkizinci kosmik turist olacaq.

Təlimlərin ağır keçdiyini etiraf edən müğənni kosmosda ikən Yerdəki orkestrin müşayiəti ilə mahnı oxuyacağını qeyd edib. İndi ifa edəcəyi kompozisiya haqda düşündüyünü deyən Sara Braytmanın sözlərinə görə, həmin musiqi gözəl, səlist və eyni zamanda asan olmalıdır.

Qeyd edək ki, bu kosmosda ifa olunacaq ilk canlı ifa deyil. Bir qədər əvvəl kanadalı astronavt Kris Hedfild orbitdə Devid Bouinin “Space Oddity” kompozisiyasını ifa etmişdi. Buna baxmayaraq, kosmosda mahnı oxuyacaq peşəkar müğənnilər arasında Braytman birinci olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm