Məşhur müğənni zorlandığını etiraf etdi: “19 yaşımda məni...”
Bizi izləyin

Tabloid.az

Məşhur müğənni zorlandığını etiraf etdi: “19 yaşımda məni...”

Amerikalı pop-ulduz Madonna 19 yaşında Nyu-York şəhərinə köçəndən bir neçə gün sonra zorlandığını etiraf edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda 56 yaşı olan ifaçıya əlində bıçaq olan naməlum şəxs hücum edib.

Madonnanın sözlərinə görə, həmin gün o, rəqs məşqlərinə gedib, lakin studiyanın qapısı bağlı olub. Müğənni etiraf edərək deyib: “Taksofondan zəng etmək üçün pula ehtiyacım vardı. Həmin adam mənə öz evindən zəng etməyi təklif etdi. O, dostcasına yolun o biri tərəfində yaşadığını dedi”.

Madonna naməlum kişi ilə çoxmərtəbəli evin blokuna daxil olub. Bu zaman həmin kişi Madonnanı bıçaqla hədələyərək onu zorlayıb. İfaçının sözlərinə görə, utandığından bu haqda polisə xəbər verməyib. Madonna deyib: “Mənə dedilər ki, ittiham qaldırdıqdan sonra məni tibbi müayinəyə göndərəcəklər. Sonra isə məhkəmədə də şəxsi suallar verəcəklər”. Bütün bu proseslər isə onun üçün çox alçaldıcı olardı.

Madonna hələ 2013-cü ilin oktyabr ayında gəncliyində zorlandığını deyib. Lakin o zaman Madonna zorlanmanın təfərrüatlarını bölüşməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm