İlkin Həsəni evlənmək haqqında qərar verib: "Subaylığın daşını atacam"
Bizi izləyin

Tabloid.az

İlkin Həsəni evlənmək haqqında qərar verib: "Subaylığın daşını atacam"

ATV telekanalının aparıcısı İlkin Həsəni formada qalmaq üçün rejiminə diqqət etməyə çalışır.

ATV telekanalının aparıcısı İlkin Həsəni formada qalmaq üçün rejiminə diqqət etməyə çalışır. Aparıcı hər gecə təmiz havada gəzintiyə çıxdığını bildirib:


“Pəhriz saxlamıram. Amma yeməyimə fikir verirəm. Saat 18:00-dan sonra yediklərim az kalorili olmalıdır. Əvvəl yuxuya əhəmiyyət vermirdim. Son zamanlar isə vaxtında yatıram. Gecələr təmiz havada gəzintiyə çıxıram. Dəniz kənarına gedir, papaq və qulaqcıq taxır, “Azneft” dairəsindən “Crystal Hall”a qədər gedir və qayıdıram. Bu da formada qalmağıma kömək edir”.

İ.Həsəni evlənməsi ilə bağlı söz-söhbətlərə də son qoyub:

“Bir münasibətim var idi, amma bitdi, alınmadı. Hazırda qəlbim boşdur. Artıq evlənmək istəyirəm. Amma bunu demək mənə düşmür. Hər il söz verirəm ki, subaylığın daşını atacağam, alınmır. Bunlar qismət işidir”. /Axsam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm