Nazpəri müğənniləri başına yığıb konsert verdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nazpəri müğənniləri başına yığıb konsert verdi - FOTOLAR

Bu gün İqtisad Universitetində Novruz bayramı münasibətilə müğənni Nazpəri Dostəliyevanın konserti baş tutub. Konsert proqramında Nazpəri xanım sevilən mahnıları ilə tamaşaçıları feyziyab edib. Onun mahnılarının, səsinin vurğunları alqışları, "bravo", "sizi sevirik" ifadələri ilə xalq artistinə sonsuz sevgilərini bildiriblər. Tamaşaçıların sənətkara münasibətindən bəlli olurdu ki, Nazpəri xanımın ifası üçün çox darıxıblar.

Publika.az xəbər verir ki, konsertdə xalq artisti Nazpəri Dostəliyeva ilə yanaşı digər müğənnilər Rəhim Rəhimli, Bahar Lətifqızı, Elnur Məmmədov, Samira Allahverdi, Əbdül Xalid, Könül Kərimova çıxış ediblər. Novruz tədbirinə rəqqasə Fatimə də öz rəqsi ilə canlılıq qatıb. Konsertin aparıcısı Şirməmməd Hüseynov olub.

Konsertdə olan əməkdaşımızın verdiyi məlumata görə, müğənnilərin çıxışına Bahar Lətifqızı start verib. Rəhim Rəhimlinin və Samirə Allahverdinin çıxışı zalı xüsusilə canlandırıb. Rəqqasə Fatimə 2 geyim dəyişərək fərqli rəqs şousu göstərib.

Konsertdə iki mahnı ifa etməli olan müğənni Könül Kərimova ifasını bitirdikdən sonra səhnəni tərk edə bilməyib. Buna səbəb tamaşaçıların aşlıqlarla müğənni xanımdan daha bir mahnı istəməsi olub. Bu cür çoşqunu görən sevilən müğənnimiz izləyicilərin xahişini yerə salmayaraq daha bir mahnı ifa etməli olub.

Konsert Nazpəri Dostəliyevanın çıxışı ilə yekunlaşıb. Tamaşaçılar xalq artistinin səhnəyə gəlişini və çıxışını ayaqüstə alqışlayıb.

Qeyd edək ki, konsertin təşkilatçısı Xavər Hacıyeva və prodüser Mikayıl Hüseynovdur.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm