Brilliant İstanbuldakı evindən danışdı
Bizi izləyin

Tabloid.az

Brilliant İstanbuldakı evindən danışdı

Azərbaycanın xalq artisti Brilliant Dadaşova bir aydan artıqdır ki, Ajda Pekkan söhbəti ilə gündəmdədir. Müğənni bütün maqazin verilişlərində Ajda Pekkandan danışır və bundan yorulmur. Əksəriyyət onu buna görə qınasa da, bu, xalq artistinin vecinə deyil. Publika.az xəbər verir ki, bu dəfə də xalq artisti ATV telekanalında eyni mövzu ilə gündəmə gəlib.

“Ajdanın səsini eşidəndə atam, əmilərim, bütün ailəm yadıma düşür. Onlar da Ajdanın heyranları olub. Ailəlikcə zövqümüzdə olan bir müğənnidir”.

Daha sonra Brilliant xanım türkiyəli həmkarının insani keyfiyyətindən danışıb.

“O, səmimi insan olsa da, heç kəsi yaxına buraxmır. Bizim günəşimiz isə Zeynəb Xanlarovadır, Flora Kərimovadır”.

Müsahibəsində xalq artisti Türkiyədə şəxsi evinin olmasını da vurğulayıb.

“İstabbulda yaşayıb, işləyiriksə, gəl bir öz evimiz də olmasın?! 13 yaşından mən halal zəhmətimlə pul qazanıram”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm