Nailə Mirməmmədlinin 12 min manatlıq mahnısını kim oxuyub?
Bizi izləyin

Tabloid.az

Nailə Mirməmmədlinin 12 min manatlıq mahnısını kim oxuyub?

Tanınmış bəstəkar Nailə Mirməmmədli mahnılarını verərkən daha çox müğənninin sənətini nəzərə aldığını deyib.

Publika.az-a danışan bəstəkar sənəti olan müğənnilərə qiymət oxumadığını bildirib: “Mənim üçün önəmli olan müğənninin səsi və ifasıdır. O müğənninin sənəti varsa, hətta ondan qəpik belə götürmürəm. Amma zəif ifaçıdırsa, mənim mahnımla populyar olursa, təbii ki, mahnının pulunu da verməlidir”.

Xanım bəstəkarın indiyədək ən bahalı mahnısının dəyəri 12 min manat olub. Dediyinə görə, sponsorların sifarişi ilə yazdığı bahalı mahnılar müəyyən müğənnilər üçün nəzərdə tutulub.

Bəstəkar həmin mahnının və müğənninin adını çəkməyib.

Qeyd edək ki, N.Mirməmmədlinin mahnılarını xalq artisti Nazpəri Dostəliyeva, Faiq Ağayev, Röya və digər tanınmış sənətçilər ifa ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm