Sami Yusifin Bakı konsertindən FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sami Yusifin Bakı konsertindən FOTOLAR

Dünən Heydər Əliyev Sarayında dünya şöhrətli, əslən azərbaycanlı müğənni Sami Yusufun konserti baş tutub.

Publika.az xəbər verir ki, müğənninin mahnıları və özü Azərbaycanda kifayət qədər sevildiyindən konsert salonu tam olaraq dolu idi. İlk olaraq səhnəyə aparıcı Samir Bayramlı çıxaraq hər kəsi salamlayıb və müğənnini təqdim edib.

Səhnədə uzun müddətli alqışlarla qarşılanan Sami Yusuf isə heç bir söz deməyərək, yalnız jesti ilə zalda olan tamaşaçılara təşəkkür edib və ifasına başlayıb.

Müğənnini səhnədə 6 musiqiçi müşayiət edib. Sami Yusuf royal arxasına keçib sevilən mahnılarını ifa edib. Daha sonra isə royalı ud ilə əvəz edərək, bu musiqi alətində də məharətini hər kəsə nümayiş etdirib.

"Sarı gəlin” adlanan konsert “Kevents group”un təşkilatçılığı ilə reallaşıb. Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Konsertdə maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək royalın üzərinə sərməsi olub. Müğənninin bu jesti tamaşaçılara xoş təsir bağışlayıb.

Anşlaqla keçən konserti izləyənlər sırasında sıravi vətəndaşlarla yanaşı, bir sıra yerli məşhur simalar da olub.

Konsertin sonunda isə “Natiq ritm qrupu” səhnəyə çıxaraq möhtəşəm şou nümayiş etdirib.

Qeyd edək ki, Sami Yusuf eyni konsert proqramı ilə martın 15-də də çıxış edəcək.

Publika.az konsertdən özəl fotoları təqdim edir.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm