Aktyor: “Rəqqasə Fatimə gecəyarı zəng edir ki, gəl”
Bizi izləyin

Tabloid.az

Aktyor: “Rəqqasə Fatimə gecəyarı zəng edir ki, gəl”

Aktyor Elməddin Cəfərov rəqqasə Fatimə ilə bağlı maraqlı açıqlama verib. Publika.az xəbər verir ki, aktyor rəqqasənin tez-tez ona zəng edərək harada olması və niyə onun arxasınca gəlməməsi ilə maraqlandığını ATV telekanalında açıqlayıb.

“Fatimənin Elməddin adlı bir sürücüsü var. O, sürücüsünə hər dəfə zəng edərkən ilk məni yığırdı. Bir dəfə də gecə vaxtı, həyat yoldaşım və uşaqlarımla birlikdə olarkən zəng etdi. O dəqiqə bildirdim ki, evdə həyat yoldaşımlayam. İkimizi də gülmək tutdu. O qədər zəng edirdi ki, telefonu götürüb deyirdim ki, Fatimə xanım, yerinizi deyin maşınla gəlim arxanızca. Sonuncu dəfə 2 gün əvvəl zəng edib”.

Rəqqasə isə telefonda ad dəyişdirməyin yeni öyrəndiyini və sürücüsünün adının qarşısına “sürücü” sözünü yazdığını etiraf edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm