40 yaşlı aktrisanın təmtəraqlı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

40 yaşlı aktrisanın təmtəraqlı ziyafət libasları - FOTOLAR

Bu gün Hollivudun cazibədar aktrisası Eva Lonqoriyanın yubileyidir. Onun 40 yaşı tamam olur. Daha çox “Evdar qadınlar” serialındakı rolu ilə tanınan aktrisa 1975-ci ildə Amerikanın Texas ştatında dünyaya gəlib. O, aktrisalıqdan başqa prodüser kimi fəaliyyət göstərir, eyni zamanda bir neçə restoranlar şəbəkəsinin sahibəsidir. Eva Lonqoriya xeyriyyiçiklə də məşğul olur.

Publika.az-ın tabloid bölməsi Evanın ad günü münasibəti ilə gülərüzlü gözəl aktrisanın son illərdə yaddaqalan ən parlaq obrazlarını seçib.

Evanın dəstləri çox incə və cazibədardır. O, öz gözəlliyini vurğulamağı və nöqsanları ört-basdır etməyi əla bacarır. Adətən qısa və maskulin tərzə üstünlük verir, dar bədən siluetini vurğulayan dar paltarları sevir. Axı niyə də olmasın? Artıq 40 yaşı olsa da, ideal bədən ölçüləri və gözəlliyi ona istənilən dekolteni geyinməyə icazə verir, çox da yaraşır.

Eva qırmızı xalı mərasimlərində çox xarizmatik ziyafət libasları seçir. Onun möhtəşəm çıxışlarının sirri də elə bundadır.

Ümid edirik ki, yaxın vaxtlarda biz aktrisanı yenidən qırmızı xalı üzərində görəcəyik. Belə ki, Eva Lonqoriya yeni "Sığınacaq" filmində aparıcı rollardan birini oynayıb. Bundan əlavə, o, yeni komediya janrında serialda çəkilir. Bir sözlə, aktrisaya çox uğurlu layihələr arzulayır və onların hazır olmasını gözləyirik!

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm