Türkiyəli aktrisa: “Buna icazə vermərəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyəli aktrisa: “Buna icazə vermərəm” - FOTOLAR

“Maral” serialı ilə yenidən ekranlara qayıdan aktrisa Hazal Kaya “Milliyet”in müxbiri Aydil Durqunun suallarını cavablandırıb. Publika.az xəbər verir ki, aktrisa müsahibəsində son günlər gündəmdə olan qadına şiddət məsələlərinə münasibət bildirib.

Hazal Kaya anasının feminist olduğunu və qadına şiddətə qarşı birlikdə mübarizə apardıqlarını deyib: “90-cı illərdən bəri anamın da daxil olduğu “Mor Çatı” adlı qadın hərəkatı sayəsində uşaqlığımdan bəri qadına şiddətlə iç-içə olmuşam. Bu məsələ indi gündəmdədir, amma qadına şiddət həmişə olub. Kaş bu məsələ illər öncə öz həllini tapardı. Onda bu qədər itki verməzdik, qadınlarımız daha rahat yaşayardılar”.

Hazal Kaya kişilərin şiddətə meyilli olmasının onun münasibətlərə baxış bucağını dəyişdiyini etiraf edib: “Təkcə kişi cinsinə qarşı deyil, həm də həyata qarşı baxış bucağım formalaşıb. Məsələn, heç kim mənə “Mini ətək geyinmə!” deyə bilməz. Sadəcə qadın olduğum üçün heç kim mənə hansısa məsələdə qadağalar, məhdudiyyətlər qoya bilməz. Buna icazə vermərəm".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm