“Nadir içindəki qurdları cilovlaya bilməyib və...”
Bizi izləyin

Tabloid.az

“Nadir içindəki qurdları cilovlaya bilməyib və...”

Müğənni Nadir Qafarzadənin ötən həftə əslən azərbaycanlı olan dünya şöhrətli müğənni Sami Yusufla bağlı səsləndirdiyi “o haranın zibilidir?”, - ifadəsi hələ də müzakirə olunur. Müğənninin canlı yayımda səsləndirdiyi bu ifadəyə elə canlı yayımdan teleaparıcı Turan İbrahimov münasibət bildirib:

“Bilirsiniz ki, türk olması, azərbaycanlı olması ilə fəxr edən Sami Yusufun Bakıda konserti oldu. Yerli toy müğənnimiz Nadir Qafarzadə də qalmaqal yaratdı. Nadir Qafarzadə içindəki qurdları cilovlaya bilməyib canlı yayımda tərbiyəsizlik etdi. Nadirin belə danışmasına, belə ürəklənməsinə səbəb sizsiniz, bizik, bizim ikiüzlü və riyakarlığımızdır. Çoxu Nadiri qınasa da, üz-üzə gəldikdə onu riyakarcasına dəstəkləyib. Buna görə də bəzi kiçiklər böyüklük iddiasına gəlirlər”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm