Homoseksual ulduzlar arasında uşaq davası düşdü – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Homoseksual ulduzlar arasında uşaq davası düşdü – FOTOLAR

Məşhur müğənnilər Elton Con və Riki Martin homoseksual ulduzlar Domeniko Dolçe ilə Stefano Qabbananın məşhur brendi “Dolce & Gabbana” məhsullarını boykota çağırıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Domeniko və Stefanonun açıqlamalarında surroqat ana vasitəsilə doğulan körpələri “sintetik” adlandırmaları olub.

“Uşağın anası və atası olmalıdır. Surroqat ana vasitəsilə doğulan uşaqları biz kimyəvi, sintetik bir şey hesab edirik. Ananı kirayə götürmək olmaz. Biz də homoseksualıq və uşağımız olmayacağını qəbul etmişik. Dəyişməməli olan bəzi anlayışlar var. Onlardan biri də ailədir. Eynicinslilərin övladları olmamalıdır”, - deyən məşhur dizaynerlərə ilk reaksiyanı Elton Con verib.

Həmcinsi Devid Fernişevlə evli olan və surroqat ana vasitəsilə iki oğul atası olan müğənni Elton Con sosial şəbəkədə bunları yazıb: “Siz mənim gözəl uşaqlarımı necə sintetik adlandıra bilərsiniz? Bu açıqlamalarla bir-birini sevən və uşaq sahibi olmağı arzulayan homoseksualları ələ salırsınız. Fikirləriniz də kolleksiyalarınız kimi köhnədir. Bir daha heç vaxt “Dolce & Gabbana” markasından geyinməyəcəyəm”.

Dünyaca məşhur müğənni Riki Martin də məsələyə münasibət bildirib. Eynilə Elton Con kimi surroqot ana vasitəsilə övlad sahibi olan Riki “Dolçe və Qabbana, deyəsən, sizin sözləriniz özünüzə xoş gəlir. Ancaq özünüzü ələ alın! Artıq 2015-ci ildə yaşayırıq”, - yazaraq dizaynerləri müasir düşünməyə dəvət edib.

Dizaynerlərə olan qəzəb get-gedə böyüyür. Artıq bir çox məşhur məsələyə münasibət bildirirək homoseksualların uşaq sahibi olmaqlarında heç bir qeyri-adilik olmadığını vurğulayıblar.

Aktrisa Kortni Lav “Bu brenddən olan bütün geyimlərimi yandıracağam. Bu hissiyatsız ikiüzlüləri boykot edirəm!” yazaraq qarderobunu “Dolce & Gabbana” markasının geyimlərindən təmizləyəcəyini bildirib.

Prodüser və ssenarist Rayan Mörfi də boykota dəstək verənlərdən olub: “Bu dizaynerlərin fikirləri heç vaxt dəbə minməyəcək. Geyimləri də özləri kimi eybəcərdir”.

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm