Sinan Akçıl Ebrudan danışdı: “Bir mələkdən ayrılmaq çətindir” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sinan Akçıl Ebrudan danışdı: “Bir mələkdən ayrılmaq çətindir” - FOTOLAR

Müğənni Sinan Akçılla aparıcı və model Ebru Şallının ayrıldıqlarını xəbər vermişdik. “Sinan Akçılla ayrıldıq, bitdi, nöqtə”,- deyə jurnalistlərə açıqlama verən Ebru Şallıya Sinan Akçıldan cavab gəlib.

Publika.az xəbər verir ki, televiziya proqramlarından biri ilə telefonla əlaqə yaradan müğənni Ebru Şallını mələk adlandırıb və ondan ayrılmağın çətin olduğunu deyib:

“Əslində, danışmaq istəmirdim. Çünki ayrıldıqdan sonra danışmağı doğru hesab etmirəm. Ancaq bəzi şeylərin yanlış başa düşüldüyünü gördüm. Çox gözəl məsəl var: “Yuvanı dişi quş qurar”. Mən də bu deyimin düzgün olduğuna inananlardanam. Bu cür məsələlərdə həmişə qadının sözü keçir və kişi qadının qərarıyla razılaşmalıdır. Münasibət başlayarkən də, bitərkən də bu, belə olur. Son bir həftədir ki, görüşmürdük. Ancaq bu yaxınlarda görüşüb ətraflı söhbət edəcəkdik. Ebru isə qərarını çoxdan verib, mən də qəzetdən oxudum. Ayrılmışıq deyə onu çox sevdiyimi inkar edə bilmərəm. Allahın yazdığı qısmətə qarşı çıxmaq olmaz, bir mələkdən ayırlmaq çətin olsa da belə... Ebru “qurtardı” deyirsə, deməli, bitib. İkimiz üçün də xeyirlisi olsun”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm