Yalçın Rzazadə əbədi sevgisindən danışdı
Bizi izləyin

Tabloid.az

Yalçın Rzazadə əbədi sevgisindən danışdı

Xalq artisti Yalçın Rzazadə geyimlərə olan sevgisindən danışıb. Publika.az xəbər verir ki, ATV telekanalına açıqlama verən xalq artisti yerli şou aləmində geyimi ilə ilkə imza atmasını da şərh edib.

“Uşaqlıqdan ən çox sevdiyim yazıçılar Cek London və Kuper olub. Mən onların yazdığı əsərlərin qəhrəmanlarına bənzəmək istəyərdim. Hətta onlar mənim yuxuma da girirdi. O vaxtlar ilk səhnəyə saçaqlı geyimləri mən geyindim. Keçmişdə “lənətlənmiş dəri” adlanırdı. Qızıl dərililərin geyindiyi saçaqlı şalvarlardan da ilk dəfə mən geyinmişəm”.

Müğənni hətta müalicəyə getdikdə belə alış-veriş etməyi düşünür.

“Mən müalicəyə də gedəndə mütləq alış-veriş edirəm. Həkimlər mənə gəzinti məsləhət görürlər. Mən isə onlardan gəzəcəyim küçədə mağazaların olub-olmaması ilə maraqlanıram. Mütləq nə isə almalıyam. İmkanım varsa, o geyimdən 30 dənə olsa da evdə, xoşuma gələn rəng görsəm mütləq almalıyam. Yorğun olanda paltar rəfini açıb ən sevdiyim paltara baxıram. Bu, məni sevindirir”.

Geyimlərlə xoşbəxt olan müğənninin əsas xoşbəxtliyi isə onun sənəti ilə bağlıdır.

“Mən xoşbəxt insanam. Mən Azərbaycan musiqisini yaradanlarla bir yerdə böyümüşəm. Azərbaycanın qızıl fonunda 743 mahnım var”.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm