Yaraşıqlı sevgilisi Mayli Sayrusa bu gözəllə xəyanət etdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yaraşıqlı sevgilisi Mayli Sayrusa bu gözəllə xəyanət etdi – FOTOLAR

Müğənni Mayli Sayrusun sevgilisi Patrik Şvarsneqqer başqa bir xanımla Meksikaya tətilə gedib.

Publika.az xəbər verir ki, paparassilər Patriki qaraşın qadınla qucaqlaşarkən yaxalayıblar. Çimərlik geyimində gəzən və çox səmimi şəkildə rəftar edən Patriklə adı məlum olmayan qaraşın xanım fotolarının çəkilməsinə əhəmiyyət verməyiblər.

Mayli Sayrusa xəyənət etməkdə günahlandırılan Patrik daha sonra sosial şəbəkədə məsələyə aydınlıq gətirib. O, öpüb qucaqladığı qızın sadəcə dostu olduğunu deyib: “O, mənim ən yaxın dostlarımdan biridir. Heç vaxt sevgilimi incitmərəm. Özünüzə gəlin, insanların dostunun olması çox normaldır”.

Qeyd edək ki, Mayli Sayrusun bu fotoları gördükdən sonra Patriklə münasibətlərinə son qoyduğu deyilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm