Eşq bitdi, “Maserati” markalı avtomobil getdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Eşq bitdi, “Maserati” markalı avtomobil getdi – FOTOLAR

Məşhur müğənni Sinan Akçıl “Müqəddəs qadın” dediyi sevgilisi Ebru Şallıdan ayrıldıqdan sonra “Maserati” markalı avtomobilini satıb.

Publika.az xəbər verir ki, müğənni 120 min avroya aldığı lüks avtomobilini 100 min avroya satıb. 20 min zərərə düşən Sinan Akçılın Ebrunu unutmaq üçün bütün xatirələrdən xilas olmağa çalışdığı deyilir.

İddialara görə, ayrılığa səbəb Sinanın xəyanətidir. Sinan Akçılın telefonunda başqa qadından gələn mesajları oxuyan Ebru onu evdən qovub. Müğənni hazırda otellərdən birində qalır.

Xatırladaq ki, Ebru Şallı 1 il öncə verdiyi müsahibəsində “Əsl kişi dar köynək geyinər, “Maserati”yə minə və “Rolex” saat taxar”, - deyərək Sinan Akçılla çox xoşbəxt olduğunu vurğulamışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm