ŞOK: 50 il davam edən hamiləlik - FOTO
Bizi izləyin

Tabloid.az

ŞOK: 50 il davam edən hamiləlik - FOTO

Mərakeşli qadın Zahra Əbutalib digər qadınlardan fərqli olaraq 9 ay deyil, təxminən yarım əsr boyunca körpəsini qarınında daşıyıb.

Publika.az xəbər verir ki, 1955-ci ildə kəskin sancılarla doğum evinə çatdırılan Zahra xəstəxanada başqa bir qadının can verdiyini görür və ağrıları azaldlıqdan sonra bətnindəki uşağı "yatan körpə" zənn edərək doğmaqdan imtina edir.

Mərakeş xalq inancına görə qadınların qürurunu qorumaq üçün körpələr ana bətnində yataraq yaşaya bilər. Hadisədən 50 il sonra 75 yaşlı Zahra yenə dözülməz ağrılar çəkməyə başlayır. Həkimlərin ultrasəs müayənəsindən sonra uşağın bətnində öldüyü aydın olur. İşin möcüzəvi tərəfi odur ki, Zahranın bədəni qarındakı ölü körpəni bir orqan kimi qəbul edib və öz funksiyasını davam etdirib.

Amma 50 ilə döl həddən artıq böyüdüyü üçün ətraf orqanlara zərər verməyə başlayıb. 5 saatlıq əməliyyat nəticəsində Zəhra qarı kirəcləşən döldən azad edilib.

Qeyd edək ki, dölün kirəcləşməsi tibb dünyasında çox nadir hadisə hesab olunur. “Journal of Royal Society of Medicine” jurnalının yazdığına görə, bəşər mövcud olandan bu yana yalnız 290 belə hadisə qeydə alınıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm