Tanınmış aktyor özündən çıxdı: “Belə zarafat olar?”
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyor özündən çıxdı: “Belə zarafat olar?”

Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycanda çəkilən bir çox serialların baş qəhrəmanı Elnur Kərimov son illər Azərbaycanda çəkilən komediya filmlərini tənqid atəşinə tutub.

Publika.az-a danışan aktyor gənc həmkarlarının ərsəyə gətirdikləri komediya filmlərində zarafat həddinin aşıldığını deyib: “Mən filmlərdən bir neçəsinə baxdım. Ssenari qətiyyən xoşuma gəlmədi. Filmlərdə aktyorların dilindən səslənən zarafatlar etik normalara cavab vermir. Belə zarafat olar? Həmin filmlərdə istifadə olunan kobud zarafatlara görə ailələr gedib həmin filmləri izləyə bilmir. Mən özüm bir aktyor olaraq belə məsələlərə diqqətli yanaşıram. Əgər rolu özümə uyğun bilmirəmsə, çəkilmirəm. Rejissordan çox şey asılıdır. Bu günlərdə “100 kağız” filminə çəkildim. Əvvəlcə çəkilmək istəmirdim, Şahin Zəkizadə məni inandırandan sonra razılıq verdim. Orda maraqlı bir rəqsim var. Məsələ burasındadır ki, mənim oynadığım obraz həm güldürür, həm də düşündürür”.

Qeyd edək ki, son illərin istehsalı olan “Ay brilliant”, “Xoxan”, “My name is İntiqam “ filmində belə zarafatlardan bolluca istifadə olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm