Vüsalə Kərimova: “Belə kişi gözümdə dəyərini itirir”
Bizi izləyin

Tabloid.az

Vüsalə Kərimova: “Belə kişi gözümdə dəyərini itirir”

Cazibədar teleaparıcı Vüsalə Kərimova özünə qulluq edən kişilərdən danışıb.

Publika.az-a açıqlama verən teleaparıcı deyib ki, təmizliyin tərəfdarıdır:

“Pinti - saçı yağlı, köynəyi çirkli kişiləri sevmirəm. Kişidən siqaret iyi yox, qoy, ətir iyi gəlsin. Mənim oğlum var. Onun özünə qulluğunu çox bəyənirəm. Tez-tez çimir, paltarını dəyişir. Bu, gələcəkdə onun həyat yoldaşının da xoşu gələcək. Amma hər şeyin həddi var. Kişi yaraşıqlı olmalıdır. Dodağına boya vurursa, bu, həddini aşmaqdır. Məsələn, bəziləri səliqəli görünmək üçün dırnağına rəngsiz boya vurmalıdır. Tutaq ki, efirə dırnağının ətrafı çirkli çıxan sənətçinin oxuduğu heç kimin xoşuna gəlməz. Kişilərin uzun dırnaq saxlamasını bəyənmirəm. Yanımda oturan kişinin dırnaqları uzundursa, o, danışmasa da olar. Mənim gözümdə onun sözləri gördüklərimdən sonra dəyərini itirir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm