Modelyerin ədəbsiz dəbi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Modelyerin ədəbsiz dəbi - FOTOLAR

Tanju Babacan “Mercedes Mersedes-benz İstanbul Fashion Week” - dəb həftəsi çərçivəsində “Red Beard” markasının yeni kolleksiyasını modasevərlərinə təqdim edib.

Dəblə yaxından-uzaqdan əlaqəsi olmayan, bütün sərhədləri aşan, şəffaf paltarların diqqət çəkdiyi dəfilə olduqca səs-küylü keçib. Dəfilədə ən çox tüklərdən ibarət olan və yalnız bədənin müəyyən hissələrini bağlayan paltar böyük maraq doğurub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfilədə Vilma Ellesin çıxışı sözün əsl mənasında sürpriz olub.

Qarnı açıq paltarla podium çıxan Ellesin dörd aylıq hamilə olduğu öyrənildi.

Hər fürsətdə hamilə xəbərlərini təkzib edən Ellesin sevgilisi Kərəm Göğüş də dəfilədə iştirak edib. O, sevgilisini bir buket güllə təbrik edib.

Hamiləlik dövrünün çox sağlam keçdiyini deyən Elles əllərini qarnına qoyub fotoqraflara poza verib.

Babacanın dəfiləsini izləməyə gələnlər arasında isə Gülben Ergen, Nihad Odabaşı, Nil Karaibrahimgil və Selami Şahin kimi məşhurlar olub.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm