Məşhur stilist oğlunun toyuna getmədi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur stilist oğlunun toyuna getmədi - FOTOLAR

Rusiya şou biznesinin ən qlamur və məşhur stilisti, kral ləqəbli Sergey Zveryev 21 yaşlı oğlu Sergeyin toy mərasiminə getməyib. Zveryevin oğlunun toyu Moskvanın məşhur VVAQ-larından birində deyil, Moskva ətrafında fotokamera və paparazzilərin gözündən kənar bir yerdə keçirilib. Evlənən cütlüyü təbrik etməyə qohumlar və ən yaxın dostlar gəlsə də, məhşur stilst gözə dəyməyib.

Zveryevin oğlunun toyuna niyə gəlməməsi hələ ki açıqlanmır. Ata və oğul arasında yaranan xoşagəlməz münasibət deyəsən, xeyir işdə aradan qalxmayıb.

Qeyd edək ki, Zveryev oğlunu pis vərdiş və pis ətraf mühitdən qorumaq üçün onu otellərdən birində işə düzəldib. Bu isə kiçik Sergeyin ürəyincə olmayıb və o, məşhur atasından uzaqlaşıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm