Rəqqasə Fatimə:”Tolik mənə sataşmağı ilə...” - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Rəqqasə Fatimə:”Tolik mənə sataşmağı ilə...” - ÖZƏL

Publika.az azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva ilə eksklüziv müsahibəni təqdim edir.

- Fatimə xanım, eyni vaxtda 3 işlə məşğul olursunuz. Həm xına mərasimləri təşkil edirsiniz, həm gözəllik salonu işlədirsiniz, həm də rəqqasəlik edirsiniz. Bunlara necə vaxt tapırsınız?

- Həyatda hər şey insanın öz əlindədir. Yalnız istəmək və çalışmaq lazımdır. Bir işə başlayanda ürəkdən istəyib start götürmək gərəkdir.

- Prodüser Tolik “İnstagram”da tez-tez sizə söz atır...

- Tolik sataşmağı ilə məni reklam edir. Çox sağ olsun. O, əslində məni çox istəyir. Sənətdən əlavə bizim Tolik ilə dostluğumuz var. O, çox gözəl təşkilatçıdır. Təşkilatçiliğindan mən də yararlanıb işlər görürəm.

- Rəqs gündəlik həyatınızın neçə saatını alır?

- Saatla deyə bilmərəm. Yalançı olaram. Çünki rəqs etməyimi saatla hesablamıram. Onu deyə bilərəm ki, nəinki gündəlik, ümumiyyətlə, həyatımın böyük hissəsini rəqs təşkil edir.

- Rəqqasəliyi atsanız, həyatınıza hansı sənətlə davam edərdiniz?

- Böyük biznesmen olardım. Elə indi də biznes lediyəm. Rəqqasəlik də edirəm. Çünki eyni vaxtda iki iş görmək mənə hər hansı çətinlik yaratmır. Gələcəkdə isə rəqs müəllimi kimi də fəaliyyətimi davam etdirəcəyəm.

- Beynəlxalq festivalda iştirak edib qalib oldunuz. Bəs, belə yarışların davamı olacaq?

- Hər ay müxtəlif festivallardan mənə təkliflər gəlir. Sadəcə, biznes işlərimlə əlaqədar təkliflərin hamısını qəbul edə bilmirəm. Bakıda xına mərasimlərinin təşkilatçısı kimi də işlərim, dəvətlərim çox olur. Tələbat böyük olduğundan həmvətənlilərimin istəyini rədd edə bilmirəm. Düşünürəm ki, festivallara qatılmaq barədə ancaq orucluq və məhərrəmilik aylarında düşünə bilərəm. Həmin aylar üçün artıq təkliflər də gəlib. Festivallardan biri Türkiyədə, digəri isə Bolqariyada olacaq.

- Fatimə xanım, şou biznesdə sizdən başqa bir neçə nəfər də xına mərasimləri təşkil edir. Sizi sıxışdırmırlar ki?

- Sıxışdırmasalar da, gözü götürməyənlər çoxdur. Allah hamının ruzisini versin, biz də onların içində. Hazırda incəsənət aləmində böyük bir sıxlıq var. Bunu hiss edən və dilə gətirən də tək mən deyiləm. Çünki bacaran da, bacarmayan da, bilən də, bilməyən də bu işlərlə məşğul olur. Bu, situasiya təkcə rəqs sahəsində yaranmayıb. Bütövlükdə musiqi dünyasında eyni vəziyyətdir. Bu səbəbdən də hamının işi azalıb.

- Fatimə xanım, gözəllikdə və boyda sizi geridə qoyan bir qızınız var. Qızınızın rəqsdə də sizi arxada qoymasını istəyərdiniz?

- Yox, yox... O, bu fikirlərə, ümumiyyətlə, yad insandır. Onun tamam başqa dünyası var. Düzdü, incəsənəti çox sevir. Nəinki gözəl rəqs edir, gözəl səsi də var. Amma fərqli dünyanın insanıdır. Qızım hazırda Qərb Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsil alır. Hazırda ikinci kursdadır. Mən onu diplomat görmək istəyirəm.

- Qızınızın tez ailə qurmasını istəyərdiniz?

- Bunu Allah bilər. Mənim istəyimlə baş tutan məsələ deyil. Ancaq özüm tez ana olmuşam, təbii ki, tez də nənə olmaq istərdim.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm