Məşhur aktrisaya 5 ay həbs cəzası verildi
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisaya 5 ay həbs cəzası verildi

Türk aktrisa Dəniz Çakıra 5 ay həbs cəzası verilib.

Publika.az-ın məlumatına görə, məşhur oyunçu avtomobili sərxoş halda sürdüyü üçün mühakimə olunub.

Məhkəməyə çıxarılan Çakır özünü müdafiə edərkən səhvini etiraf edib: "Spirtli içkidən istifadə etdiyimi qəbul edirəm, səhvim var. İçki qəbul etdiyim yerlə evimin arası 5 dəqiqəlik məsafədir. Səhər erkən saatda çəkilişə getməliydim. Ona görə spirtli içki içdim. 15-20 metr irəlilədikdən sonra polis tərəfindən saxlanıldım", - deyə aktrisa söyləyib.

Çakırın müdafiəsi və vəkilinin bəyanatından sonra qərarını açıqlayan məhkəmə Çakırı 6 ay həbs cəzasına məhkum edib.

Çakırın məhkəmədəki yaxşı halı nəzərə alınaraq cəzası 5 aya endirilib. Ancaq məhkəmə hökmün icrasını təxirə salıb. Belə ki, 5 il müddətində Çakır bir cinayət törətsə, aldığı həbs cəzası tətbiq olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm