Sənubər İsgəndərli: “Bir dəfə aldatsan, ikinci dəfə sənə inanmayacaqlar”
Bizi izləyin

Tabloid.az

Sənubər İsgəndərli: “Bir dəfə aldatsan, ikinci dəfə sənə inanmayacaqlar”

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli yaradıcılıq prinsiplərinə hər zaman sadiq qaldığını deyib.

Publika.az-a danışan aktrisa sevmədiyi və özünü orada görmədiyi rolu oynamaqdan imtina edib:

“Teatr elədir ki, bizə verilən rolu oynamağa borcluyuq. Amma seriallarda özümü o rolda görməsəm, oynamaram. Əks halda, bunu prinsiplərimə qarşı xainlik kimi qiymətləndirirəm. Hətta teatrın özündə belə bəzən hansısa rolu oynamaq istəmirəm. Çünki o rolda özümü görmürəm. Belə olanda rejissordan xahiş edib, rolu dəyişdirirəm. Çünki özümü aldada bilmərəm. Tamaşaçı da kənardan bunu görür. Tamaşaçını bir dəfə aldatsan, ikinci dəfə o sənə inanmayacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm