"Axşam günəşində ot tayası"nın sahibi tapıldı
Bizi izləyin

Tabloid.az

"Axşam günəşində ot tayası"nın sahibi tapıldı

Fransız impressionist rəssam Klod Mone tərəfindən çəkildiyi güman edilən əsərin testlərdən sonra həqiqiliyi təsdiqlənib.

Publika.az-ın məlumatına görə, "Axşam Günəşində Ot Tayası" əsərinin üzərində rəssamın imzası görünməz olduğundan həqiqiliyi daha əvvəl təsdiq edilməmişdi.

Lakin Finlandiyadakı Jyvaskyla Universitetində araşdırmaçılar hiperspektral kameradan istifadə etməklə imzanı müəyyən edə biliblər.

Tədqiqat zamanı həmçinin, əsərin 1891-ci ildə çəkildiyi aşkar olub.

Araşdırmaçıların istifadə etdiyi xüsusi kamera rentgen fluoresyent ölçmə ilə əsərin elementar tərkibini müəyyən edib.

Bu, onlara səthin altını "görməyə" və əsəri yaratmaq üçün istifadə edilmiş materialları təhlil etməyə imkan verib.

Araşdırmaçı İlkka Polonen deyib ki, burada kamera əsasən skaner kimi çalışır və xətləri bir-bir gözdən keçirir. Piqmentlərin və kətan liflərin təhlili əsərin impressionist tərəfindən çəkildiyini təsdiq edib.

Əsər hazırda Finlandiya Serlachius İncəsənət Fonduna məxsusdur. O, 1950-ci illərdə London incəsənət brokeri vasitəsilə əldə edilib.

İnstitutun bildirdiyinə görə, təsdiqləmə bu incəsənət nümunəsinin Finlandiya ictimai kolleksiyasında saxlanılan ilk Mone əsərinin olması mənasına gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm