Tabloid.az
Yaza narıncı rənglə damğa vurun!
Yaz aylarının ən diqqətçəkən rəngi narıncıdır. Bu il də ən trend rənglər arasında olacaq. Bu yaz qarderobunuzda narıncı rəngli geyimlərə, aksessuarlara mütləq yer ayırmalısınız.
Narıncı rəngin ən böyük üstünlüyü getdiyiniz hər məkanda bütün nəzərlərin üzərinizə cəmlənməsini təmin etməsidir. Narıncı rəng həm də insana enerji verir.
Bir çoxları narıncı rəng geyinməyə cəsarət edə bilmir. Ancaq doğru kombinlərlə olduqca şıq görünə bilərsiniz.
Bəs narıncı rəngi necə kombinə etmək lazımdır?
Publika.az ən şıq təklifləri təqdim edir:
Narıncı rəngi qara və ağ rənglərlə kombinə etdikdə çox mükəmməl görünür. Pudra və krem rəngləri ilə də yaxşı uyğunlaşır.
Narıncı rəngi sevirsinizsə, bu rəngdə don geyinərək dəblə ayaqlaşa bilərsiniz.
Bənövşəyi rəngli babet şıqlığınızı tamamlayacaq. Ancaq bu iki iddialı rəngi birlikdə istifadə etməkdən çəkinirsinizsə, ayaqqabınızı krem rəngində də seçə bilərsiniz.
Narıncı rəngli şalvarla krem rəngli köynəyi kombinə etmək də çox gözəl nəticə verəcək.
Bunlarla yanaşı, narıncı rəngli pencəklə qarderobunuza rəng qata bilərsiniz. Ağ rəngli kofta ilə cins şalvar narıncı pencəyinizlə əla uyğunlaşacaq.
Diqqət çəkməyi xoşlayırsınızsa, bu mövsüm mütləq narıncı rəngli aksessuarlar almağı unutmayın.
Ləman Sultan
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ