“Onunla necə mehriban olum axı?”
Bizi izləyin

Tabloid.az

“Onunla necə mehriban olum axı?”

“O ki qaldı cənublu xanəndə Həmid bəy Namvərdin mənim haqqımda dediyinə, mən onu tanımıram axı, necə mehriban olum?”

Bu sözləri xalq artisti Mənsum İbrahimov "V Televiziya muğam müsabiqəsi" və cənublu xanəndə Həmid bəy Namvərdin onun haqda dedikləri ilə bağlı Axar.az-a danışarkən deyib:

"Bu müsabiqədə əsas məqsədimiz istedadlı gəncləri üzə çıxarmaqdır. Münsif kimi tam obyektivik. Sadəcə, bəzən olur ki, iştirakçı xəstələnir, biz də yaxşı ifaçı olduğuna və onu itirmək istəmədiyimizə görə güzəştə gedirik, 1 bal artıq veririk. Nisbət çox yaxşı ifaçıdır. Birinci gün də ən yaxşı o oxudu. Məhəbbət də yaxşı ifaçılardandır. Tərtərdən də bir ifaçı var, məktəb görməyib, ona da güzəştə getmişik. Əslində, o 20-likdə olan uşaqlar seçilmiş uşaqlardır. Həftədən-həftəyə də nisbətən zəif olanlar ələnib çıxır. Məqsədimiz yaxşı ifaçı yetişdirməkdir.

O ki qaldı cənublu xanəndə Həmid bəy Namvərdin mənim haqqımda dediyinə, mən onu tanımıram axı, onunla necə mehriban olum? Sadəcə, salam-əleykimiz var. Məni bütün xalq tanıyır ki, necə adamam".

Xatırladaq ki, Həmid bəy Namvərd Axar.az-a verdiyi müsahibədə “Mənsum yaxşı sənətkardır, bu tayda sevildiyi kimi, o tayda da sevilir. Lakin xarakterində bir qədər soyuqluq var. Bir neçə dəfə söhbət etmişəm, çox quru danışır” kimi fikirlər səsləndirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm