Futbolçudan gənc qıza əxlaqsız təklif - FOTO
Bizi izləyin

Tabloid.az

Futbolçudan gənc qıza əxlaqsız təklif - FOTO

"Mançester Yunayted"in gənc oyunçusu Andreas Pereyranın 19 yaşlı bir qadına, onunla və komanda yoldaşı Peddi Makneyrlə cinsi əlaqəyə girməsi üçün 10 min sterlinq təklif etdiyi ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, bu haqda İngiltərənin "Sun" qəzeti yazıb.

"Sun"a bu haqda danışan və futbolçunun özünə göndərdiyi telefon mesajlarını göstərən universitet tələbəsi Kelli Makkiney olub.

"Mənə mesaj göndərib onunla və komanda yoldaşı ilə qrup əlaqəyə girmək üçün 10 min sterlinq təklif edəndə az qala oturduğum stuldan yıxılam. Necə alçaq biri belə bir təklif cürətini özündə tapar? Mən qətiyyən belə biri deyiləm və onun sözlərini çox təhqiredici hesab edirəm",- deyə Kelli bildirib.

Mançesterdə yaşayan Makkiney Pereyra ilə "Neighbourhood" adlı barda tanış olduqlarını bildirib. Gənc qız partidən sonra bir rəfiqəsi ilə birlikdə iki futbolçunun tutduğu otel odasına getdiklərini, ancaq Makneyr ve Pereyra ile seksual əlaqəyə girməyi rədd edərək oranı tərk etdiklərini qeyd edib.

Olaydan sonra Pereyranın onu sosial şəbəkədə tapdığını deyən Makkiney sözlərinə belə davam edib: "Bir müddətdən sonra "Whatsapp"da danışmağa başladıq. Məndən ona bir şəkil göndərməyimi istədi. Daha sonra qrup seks təklif etdi və adambaşına 5 min sterlinq verməyə hazır olduqlarını bildirdi".

Futbolçunun meneceri Leo Şeynkmən məsələ ilə bağlı mətbuata açıqlama verib: "O, gənc və subay bir insandır. Ürəyi kiminlə istəsə, cinsi əlaqəyə girə bilər. Nəyə görə üzr istəməlidi?".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm