Səməd Səmədov: “Bu, Flora Kərimovanın həyatında ilkdir”
Bizi izləyin

Tabloid.az

Səməd Səmədov: “Bu, Flora Kərimovanın həyatında ilkdir”

Xalq artisti Səməd Səmədov həmkarı Flora Kərimova duet oxuyub. Publika.az-a açıqlama verən S.Səmədov deyib ki, onlar “Bir hava çal” adlı bəstəni lentə aldırıblar: “Flora xanımla vəd etdiyimiz dueti nəhayət ki, bu gün təqdim etdik. Mahnını bir müddət öncə ifa etmişdik. Lakin aranjeman yenilədik. Bu gün dinləyicilərin ixtiyarına verdik. Flora xanımla duet ifa etdiyimə görə məmnunam. Onu da deyim ki, Flora xanım bu günə qədər 6-8 ritmdə mahnı ifa etməmişdi. Bu, Flora xanımın həyatında ilk idi. Düşünürəm ki, pis də alınmadı. İşlərimiz tək bu duetlə bitmir. Qarşıda bir neçə mahnılar var. Hazır olduqdan sonra təqdim edəcəyik”.

“Youtube” şəbəkəsinə yüklənilən dueti təqdim edirik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm