Məşhur kinorejissor Bakıya gəlir
Bizi izləyin

Tabloid.az

Məşhur kinorejissor Bakıya gəlir

Sabah Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya gələcək.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes”, “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, paytaxtımızla tanış olacaq.

Səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm