ANS-in efirində qalmaqal - VİDEO
Bizi izləyin

Tabloid.az

ANS-in efirində qalmaqal - VİDEO

ANS telekanalının efirində qalmaqal yaşanıb. Belə ki, əkiz müğənnilər Sevil və Sevincin “Kristal” qrupunun rəhbəri Mədinə Məliklə sözü çəpləşib. Mədinə Məlik əkizlərlə eyni verilişə dəvət olunduqlarını öyrənər-öyrənməz qrupunu da götürərək studiyanı tərk edib. Bu davranışını isə elə verilişdəcə özünə və qrup üzvlərinə hörmət etməsi ilə izah edib:

“Ulvira, mən demişdim ki, başqa qız qrupu olmasın. İki dəfə sizi məlumatlandırmışam. Aramızda söz-söhbət olub, hətta verilişlərinə də dəvət ediblər. Amma mən getməmişəm. Aramızda böyük problem olub. Mən insanam və özümə hörmətim var. Mənim qızlarıma hörmət edən mənə edir. Qızlarıma hörmət etməyən mənə hörmətsizlik edir. Onlara hörmət edilmədiyinə görə, mən də hörmət etmirəm. Bu verilişdə belə bir şey gözləmirdim”.

Sevil və Sevinc bacıları isə qrup rəhbərinin dediklərindən xəbərsiz olduqlarını bildiriblər.

“Bütün olanlardan xəbərsizik. Ayıbdır, efir gedir. Bir-birimizə hörmət etməliyik. Hörmət yoxdursa, biz nə edə bilərik”?

Qeyd edək ki, bir müddət əvvəl Sevil və Sevinc bacıları Mədinə xanımın rəhbərlik etdiyi “Kristal” qrupunu bir nömrəli qız qrupu kimi qəbul etmədiklərini bildiriblər.

Video a24.az saytına məxsusdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm