Selin Dion haqqında 10 maraqlı fakt – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Selin Dion haqqında 10 maraqlı fakt – FOTOLAR

Bu gün dünya şöhrətli Selin Dionun 47 yaşı tamam olur. Güclü səsə malik olan ifaçını bu münasibətlə təbrik edir və onun tərcümeyi-halı haqqında bəzi mühüm və maraqlı faktları xatırlayırıq.

Selin Dion və onun meneceri, həmçinin gələcək əri Rene Ancelil ifaçının ilk albomunu buraxmaq üçün öz evini girov qoyub.

1988-ci ildə Selin Dion İsveçrəni "Eurovisionda" təmsil edir. Dünya miqyaslı yarışmada çıxış edən müğənni qalib gəlib.

Selin Dion və Rene Ancelil ilə 1994-ci ildə evlənib. Onların toyu Kanada televiziyası ilə canlı yayımlanıb.

2000-ci ildə Selin və Rene toy andının sözlərini təkrarlayıblar. Belə ki, ikinci toy mərasimi Las-Veqasda keçirilib.

2000-cı illərin əvvəlində Selin “National Enquirer” jurnalını “Mən əkizə hamiləyəm" sərlövhəli məqaləyə görə məhkəməyə vermişdi. Nəticədə jurnal məqaləni təkzib edir və Dionun ərinin şərəfinə Amerika onkoloji xəstəxanasına qida borusu xərçəngi ilə mübarizə aparan xəstələrə külli miqdarda ianə verir.

Selin Dion və Rene Ancelilin 3 uşağı var: 2001-ci il təvəllüdlü oğlu Rene-Şarl, və 2010-ci ildə dünyaya gəlmiş Eddi, Nelson əkizləri.

Selin Dion - unikal vokalçıdır. Amma onu həyat yoldaşı və onun əvəzsiz meneceri uğurlu biznesi ilə məşhurlaşdırır.

O, həmçinin ətriyyat biznesi ilə məşğul olur. Belə ki, Selin Dion adı altında 15 ətir buraxılır.

Selin vaxtını yalnız ailəsinə və karyerasına həsr etmir. O həmçinin BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) xoşməramlı səfiridir.

Selin özünün və ərinin səhhətindəki problemlərdən dolayı səhnə fəaliyyətinə fasilə verib.

Müğənninin özü qırtlaq iltihabı xəstəliyindən əziyyət çəkir. Selin Dionun 73 yaşlı həyat yoldaşı Rene Ancelil bu yaxınlardan əməliyyat olunub. Rene Ancelil boğaz xərçəngi olduğu üçün yemək yeyə bilmir. Xüsusi qida borusu vasitəsi ilə qidalanır.

Bu doğum günündə ən yaxşı vokal ifaçısına çoxlu musiqi uğurları və cansağlığı arzulayırıq. Ümid edirik ki, tezliklə o, səhnəyə qayıda biləcək və bundan sonra da pərəstişkarlarını sevindirəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm