Aygün Kazımova onun üçün təcili Bakıya qayıtdı - VİDEO\ FOTOSESSİYA
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova onun üçün təcili Bakıya qayıtdı - VİDEO\ FOTOSESSİYA

Publika.az xəbər verir ki, martın 28-də şair və bəstəkar Tural Bayraməliyev ən yaxın dostlarının əhatəsində doğum gününü qeyd edib. Müğənninin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirə Bayraməliyevin indiyə qədər müəllifi olduğu mahnıların ifaçıları - xalq artisti Aygün Kazımova, əməkdar artist Almaz Ələsgərova, estrada ulduzları - Nadir Qafarzadə, Günay İbrahimli, Elçin Cəfərov və başqaları qatılıblar.

Ad günü tədbirində Tural Bayraməliyev "Unutmuşam" adlı yeni bəstəsini qonaqlarına təqdim edib. Xalq artisti Aygün Kazımova ilə ifaçı Elçin Cəfərovun duet oxuduqları mahnı ayrılıq acısının yaşandığı sevgi tarixçəsindən bəhs edir. Təqdimat mərasiminə qatılmaq üçün İstanbuldan qayıdan Aygün Kazımova duetin "Azərbaycan bayrağı" layihəsindən sonra Tural Bayraməliyevlə ikinci işbirliyi olduğunu deyib:

"Unutmuşam" bütünlüklə türk musiqiçilərinin zəhməti hesabına hazırlandı. Əslində bu yaradıcı işimiz 2015-ci ilin ilk həftələrində dinləyicilərə təqdim olunmalı idi. Daha dəqiq desək, yanvarın 26-da, mənim doğum günümdə. Elçin Cəfərovla İlkin Həsənin birlikdə etdikləri aranjeman bir az vaxt apardığından bu tədbir gecikdi. Cəmi iki gündür duetimiz “YouTube”da yayımlansa da, yetərincə dinləyici marağına səbəb olub. Demək, çəkdiyimiz zəhmət boşuna getmədi. Onu da vurğulayım ki, bu Elçinlə ilk duetimiz olsa da, yaradıcı işbirliyimizin davamı var. Sürprizlərə hazır olun".

Təqdim olunan "Unutmuşam" mahnısını aşağıdakı linkdən dinləyə bilərsiniz.

İsa Şükürov

FOTO : Niko Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm