Cennifer Lopez ona xəyanət etmiş gənc sevgilisi ilə barışdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cennifer Lopez ona xəyanət etmiş gənc sevgilisi ilə barışdı – FOTOLAR

Keçən ilin iyununda ayrılan Cennifer Lopez ilə Kasper Smart barışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ceylo eks sevgilisini bağışlamaq qərarına gəlib. Belə ki, 27 yaşlı Kasper Smartla Ceylo "Evi" cizgi filminin təqdimatında birlikdə görüntüləniblər. Ceylo gənc sevgilisinə oğlunu qucağında saxlamağa verib.

Cey Lo və Kasper “American Idol” şousunun səhnə arxasında da birlikdə olublar. Sonra isə cütlük obyektiv qarşısında öpüşüb. Ötən həftə isə Lopez “Choice Awards Kids” mərasiminə öz sevgilisi ilə qatılıb. Smartın ikinci şansı necə qazanması hələlikqaranlıqdır. Lakin internet-nəşrlərin və bəzi jurnalistlərin fikrincə, onların barışması "Pərəstişkar" filminin reklamı üçündür.

Xatırladaq ki, Cennifer Lopezin sevgilisi ifaçıya transseksualla xəyanət etmişdi. Bundan başqa, 45 yaşlı cazibədar ulduzun sevgilisi özündən 18 yaş kiçikdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm