İki gəncin sevgisi ekranlaşdırılıb
Bizi izləyin

Tabloid.az

İki gəncin sevgisi ekranlaşdırılıb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında qısametrajlı bədii filmin çəkilişləri başa çatıb.

Publika.az-ın məlumatına görə, “Eşqin sonsuz nəğməsi” adlı film melodrama janrında ekranlaşdırılır.

Nağılvari yeni il əhvalatı fonunda iki gəncin həyat hekayəsindən bəhs edən film“Motivlər-2” kinoalmanaxı çərçivəsində istehsal olunub.

Filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Yeni ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanov canlandırıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm