Tabloid.az
Moskvada Azərbaycan rəssamının sərgisi açılıb
Moskvadakı Rusiya Dövlət Kitabxanasında (RDK) Rusiya Federasiyasının Əməkdar Rəssamı, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun "Məhəbbətin sirri" adlı fərdi sərgisi açılmışdır.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, RDK-nın baş
direktorunun müavini Lyudmila Tixonova sərginin açılışında çıxış
edərək bildirmişdir ki, Azərbaycan rəssamının sərgisi həm də Rusiya
ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində
daha bir addımdır. O demişdir: "Əsgər Məmmədov tükənməz
yaradıcılığı ilə iki xalq arasında dostluq əlaqələrini
möhkəmləndirir və mədəniyyətlərimizin qarşılıqlı surətdə
zənginləşməsinə öz töhfəsini verir".
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi, "Baku"
jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova qeyd etmişdir
ki, Əsgər Məmmədovun əsərləri iki dəfə - birinci dəfə 1992-ci ildə
Qarabağ müharibəsi zamanı, ikinci dəfə isə Moskva ətrafındakı
İzmaylovoda qalereya binalarının yanması nəticəsində məhv olmuşdur.
Lakin rəssam özündə qüvvə taparaq yaradıcılığını davam etdirmiş və
bu gün onun 70-dən çox əsəri sərgidə nümayiş olunur.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev
bildirmişdir ki, Əsgər Məmmədov taleyin bütün kəşməkəşlərinə
baxmayaraq, gələcəyə inamını itirməmişdir. O demişdir: "Əsgər
Məmmədov əslən Qarabağdandır. Rəssam öz dərin fəlsəfi əsərləri ilə
bir daha bizə deyir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və indi
düşmən tapdağı altında olsa da, əsl sahiblərini qaytaracaqdır. Biz
şübhə etmirik ki, Əsgər Məmmədov doğma diyarı Qarabağda hələ çox
əsərlər yaradacaqdır".
Sərgidə rəssamın Azərbaycan və Rusiya təbiətini vəsf edən 70-dən
çox əsəri, o cümlədən peyzaj, natürmort, portret, qrafika janrında
əsərləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın portreti,
"Müqəddəs torpaq", "Yanmış zaman" və digər əsərlər xüsusi maraq
doğurmuşdur.
Qeyd edək ki, Əsgər Məmmədov doğulduğu Qarabağ torpağında
yaradıcılığa başlamış və orada qalereya yaratmışdı. 1992-ci ildə
erməni bombardmanı zamanı qalereya yanmış və rəssamın əsərləri məhv
olmuşdu. Daha sonralar rəssam yaradıcılığını Moskvada davam
etdirmiş və Moskva ətrafındakı İzmaylovo şəhərində əsərlərini
sərgiləmişdir. Lakin tale rəssama ikinci dəfə zərbə vurmuşdur.
2005-ci ildə qalereya binasının yanması nəticəsində Əsgər
Məmmədovun 150-dən çox əsəri məhv olmuşdur.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK