Tabloid.az
Gürcüstanda milli azlıqların mədəniyyəti festivalı keçirilib
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları
Marneuli rayonunda milli azlıqların mədəniyyəti festivalı
keçirilib.
Aprelin 4-də festivalın başa çatması ilə əlaqədar “Bir səma
altında!” adlı konsert təşkil olunub.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri Dövlət
Nazirliyi aparatının, Gürcüstan Bəstəkarlar İttifaqının Kvemo
Kartli bölgəsi üzrə bürosunun sədri Manana Alpaidzenin və
Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin birgə
təşkil etdikləri konsertdə bu ölkədə yaşayan milli azlıqların
nümayəndələri iştirak ediblər.
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata
Zakareşvili tədbir iştirakçılarını təbrik etdikdən sonra milli
azlıqların nümayəndələri müxtəlif konsert proqramı ilə çıxış
ediblər.
Festivalda xüsusi fərqlənən uşaq və yeniyetmələrə nazirliyin
qiymətli hədiyyələri təqdim olunub.
Barışıq və Vətəndaş Bərabərliyi nazirinin milli məsələlər üzrə
müşaviri Zaur Darğallı AZƏRTAC-a bildirib ki, tədbirin məqsədi bu
ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyətlərini inkişaf
etdirmək, eləcə də onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını
sürətləndirməkdir. Festival milli azlıqların dostluq əlaqələrini
möhkəmləndirəcəkdir.
Festivalın gənc iştirakçısı Fikrət Hacıyev deyib ki, tədbirdə
iştirak edən azərbaycanlı uşaqlar müxtəlif alətlərdə xalq
mahnılarımızı, milli rəqslərimizi ifa ediblər. F.Hacıyev festivalda
iştirakdan məmnun olduğunu bildirib.
Milliyətcə rus olan azyaşlı Yekaterina Borisenkova da festivalda
iştirakdan məmnun qaldığını bildirib. O deyib: Mən burada özümə iki
azərbaycanlı rəfiqə qazandım, onlar mənə Azərbaycan musiqilərini
öyrətdilər. Mən çox şadam ki, belə dostlar qazandım.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO